AZ

Harris Trampla daha bir debatın keçirilməsini tələb edir

Bakı. Trend:

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd, hazırkıvitse-prezident Kamala Harris Respublikaçılar Partiyasındannamizəd, keçmiş dövlət başçısı Donald Trampla daha bir debatınkeçirilməsinin zəruriliyinə əmindir.

Trend bubarədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-də prezidentliyə namizədlər üz-üzə debatlarhaqqında uzaqdan mübahisə etməyə başlayıblar. Demokrat KamalaHarris daha bir debat keçirməkdə israrlıdır. Lakin respublikaçıDonald Tramp artıq buna razı olmadığını açıqlayıb.

“2 dəfə debatlarda iştirak etmişəm - Harris və Bayden ilə, bunagörə də dayanma vaxtının gəldiyini hesab edirəm”, - Tramp qeydedib.

Qeyd edək ki, sentryabrın 10-da ABŞ prezidentliyə namizədləraraslnda keşən debat 90 dəqiqə davam edib və əsasən qarşılıqlıittihamlarla keçib. Tramp nəticədə özünü qalib elan edib. Harrisisə Trampın dediyinə görə, ikinci raund tələb edən boksçular kimi,məğlub olduğu üçün ikinci debatın keçirilməsini istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
az.trend.az

2Mənbələr