AZ

Tarixçi: "Mənəniyyət siyasətimiz əsaslı şəkildə yeni baxış tələb edir"

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.  Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən başlayaraq  Urmiya hövzəsində yaranıb. Orada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlib, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranıb. Lakin Azərbaycan xalqının, onun tarixinin mühüm dönəm anları mövcuddur ki başqa xalqların tarixində bunların biri də yoxdur.

Tarixçi Qələndər Muxtarlı "Yeni Azərbaycan"a açıqlamasında bildirir ki, Azərbaycan tarixi qalib bir millətin tarixi kimi yenidən işlənməli və vahid tarix konsepsiyası ortaya qoyulmalı, tədqiqatlar bu konsepsiyaya uyğun şəkildə yazılmalıdır. Onun sözlərinə görə, gənclərin  bundan sonra öz fəaliyyətində yeni yanaşma ilə Azərbaycan tarixinin təbliğində daha böyük  rola malik ola  bilər: "Hər şeydən əvvəl Azərbaycan dövlətinin mədəniyyət siyasəti onun hədəfləri ciddi şəkildə yenidən hazırlanmalıdır. Bizim dövlətin mənəniyyət siyasəti də əsaslı şəkildə yeni baxış tələb edir. Hər tərəfə genişlənmək siyasəti olan dövlətin mədəniyyət siyasəti bu konsepsiyaya cavab verməlidir. Bu yoxdur. Ölkə olaraq addımlar atmalıyıq".

Müasir dövrdə ölkəmizə bir çox turist gəlir. Bəs mədəniyətimizi, tarixi ənənələrimizi onlara hansı şəkildə çatdırmalıyıq?

Q. Muxtarlı onu da qeyd edir ki, dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir: "Ölkədə keçirilən Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəyli adını daşıyan festivalların beynəlxalq auditoriyası genişlənməkdədir. Lakin, bunlar yetərli və sistemli deyildir. Nəticəyə hesablanan siyasət həyata keçirilməlidir".


Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
yeniazerbaycan.com

1Mənbələr