AZ

Sinxua agentliyi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Sinxua

Pekin, 13 sentyabr, AZƏRTAC

Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Çin münasibətləri ilə bağlı açıqlaması əsasında xəbər hazırlayıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, “Azərbaycan rəsmisi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir” sərlövhəli materialda iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığı, əməkdaşlığının davamlı şəkildə inkişaf etdirildiyi bildirilib.

Prezidentin köməkçisi Hikmət Hacıyev Çinin əsl dost olduğunu, onun inkişafının, xüsusilə də texnoloji inkişafının təkcə özünə deyil, dünyaya, o cümlədən Qlobal Cənuba böyük töhfələr verdiyini vurğulayıb. Əlavə edib ki, böyük tarixi olan Çin mədəniyyətini öyrənməyə dəyər.

Hikmət Hacıyev Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səfər siyasətinin tətbiqinə başladığını, daha çox Çin vətəndaşının ölkəmizə səyahət etməsinin arzu olunduğunu bildirib.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
azertag.az

2Mənbələr