Ermənistandan Rusiyaya uçan “Utair” aviaşirkətinin təyyarəsi səmada fövqəladə vəziyyət siqnalı verib.
Publika.az xəbər verir ki, bu barədə "Aviaincident" Teleqram kanalı yazıb.
Bildirilir ki, İrəvandan Tümenə uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ekipaj təyyarədə xəstə bir sərnişin olduğunu bildirib.
Təyyarə komandiri alternativ aerodroma keçməyə qərar verib. Nəticədə təyyarə Çelyabinsk hava limanına enməyə məcbur olub.
Adəm Abbaslı