AZ

252 nəfərvəbadan öldü

Sudanda vəba epidemiyasında ölənlərin sayı 252-yə yüksəlib.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə 8 ştatda yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 min 296-ya yüksəldiyi bildirilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Seçilən
26
6
medicina.az

10Mənbələr