AZ

Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevsentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziriOksana Lut ilə görüşüb.

Bu barədə Trend-ə NazirlərKabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində AzərbaycanRespublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrinsiyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitarvə bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayişetdirdiyi bildirilib.

Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütünistiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində dəəməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsastədarükçülərindən biri olduğu qeyd edilib.

Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması iləbağlı qarşılıqlı maraq ifadə olunub.

Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlifistiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçininqarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şahin
Şahin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
20
az.trend.az

10Mənbələr