AZ

Pakistanın ballistik raket proqramı ABŞ-ı narahat etməyə başlayıb - 5 təşkilat və bir şəxsə sanksiya tətbiq olundu

Pakistanın ballistik raket proqramı ABŞ-ı narahat etməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhz bu səbəbdən ABŞ Çin və Pakistan əsilli 5 şirkət və bir Çin vətəndaşı Pakistanın ballistik raket proqramına avadanlıq və bəzi məhsullar tədarük etdikləri üçün "qara siyahı"ya alıb.

Bu barədə Dövlət Departamentindən verilən məlumata görə, Vaşinqton administrasiyası Pakistanın ballistik raket proqramına qarşı sanksiyalarda qərarlı davranacaq: "ABŞ-ın sanksiya qərarına Pakistanın uzaqmənzilli ballistik raketlərinin hazırlanması və istehsalı ilə məşğul olan Pakistan Milli İnkişaf Korporasiyası da daxildir. Bu şirkət "Şahin-3" və "Ebabil" də daxil olmaqla, iri miqyaslı raket mühərriklərinin sınaqdan keçirilməsi üçün avadanlıq tədarükündə müstəsna rol oynayır. ABŞ bununla bərabər, üç Çin mərkəzli şirkətlə bir cinli fizki şəxsi də Pakistana dəstək verdikərinə görə sanksiya siyahısına daxil edib. Onlar "Hubei Huachangda Intelligent Equipment Company", "Universal Enterprise Limited" və "Xi'an Longde Technology Development Company Limited"dir. Hər üç şirkət Çində yerləşir. Sanksiya tətbiq edilən çinli Luo Dongmei də Pekində yaşayır..."

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
41
2
mia.az

3Mənbələr