AZ

İki başçı 410 min manatlıq tender açıqladı

Dünən iki rayonun İcra Hakimiyyəti tender elan ediblər. Tribunainfo.az xəbər verir ki, onlardan biri Şəmkir rayon İcra Hakimiyyətidir.
Belə ki, bir neçə il əvvəl icra başçısı korrpusiya faktlarına görə həbs olunmuş rayonun yeni rəhbərliyi Şəmkir şəhərində evlərin damlarını təmir etmək üçün katirovka sorğusu elan edib. Rəsmi məlumatlara görə, damların əsaslı təmir edilməsi üçün İcra Hakimiyyəti 80.892,65 manat pul ayırmağı düşünür.

İkinci tenderi isə Ucra İcra Hakimiyyəti elan edib. Tribunainfo.az xəbər verir ki, son zamanlar həddindən artıq şikayətlər gələn rayonun rəhbərliyi Ucar şəhərində yolların əsaslı təmirini həyata keçirməyi planlaşdırır. Bu məqsədlə İcra Hakimiyyəti 330.215,92 manat ayırmağı qətiləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
tribunainfo.az

1Mənbələr