AZ

İqbal Ağazadə AYNA-nı tənqid etdi: “Vətəndaşdan cərimə toplaya-toplaya bir başqasına maaş yedirdirsiniz”

“Bulvarda Ağ Şəhər çox gözəl düzəldilib. İnsanlar istirahət edirlər, gəzirlər. AYNA isə yolun kənarında özü üçün parklama təşkil edib. Dövlətin yoludur, dövlətin ərazisidir. AYNA heç nə etməyib, sadəcə, bir xətt çəkdiriblər ora. Maşını saxlayırsan, 1 manat, qeydiyyatdan keçmədin, 20 manat. Kimsiniz siz? Nədən ötrü? Kim icazə verib ki, publik hüquqi şəxs vətəndaşları bu şəkildə cərimə etsin? Niyə? Hansı əsasla? Dövlət yol çəkib və dövlətin çəkdiyi yol vətəndaşındır. Qadağan olunan yerlərdə maşın saxlamağı başa düşdük. AYNA kimdir? Struktur olaraq avtomobil yollarının nəqliyyat agentliyi. Siz struktur olaraq dövlətin yolunu vətəndaşa necə satırsınız? O yol vətəndaşın pulu ilə, büdcə vəsaiti ilə çəkilib. Siz bunu necə sata bilirsiniz? Yola maya dəyəri qoymamısınız, pul xərcləməmisiniz, vətəndaş üçün dayanacaq,  şərait yaratmamısınız, 20-30 adamı da işə götürmüsünüz. Vətəndaşdan cərimə toplaya-toplaya bir başqasına maaş yedirdirsiniz”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə "Reaksiya TV"nin efirində deyib. 

 

Partiya sədri bildirib ki, cərimələri bu şəkildə müəyyənləşdirmək düzgün deyil: “Hörmətli AYNA! Və buna cavabdeh olan hörmətli hökumət nümayəndələri! Bu nə cərimələrdir? Niyə vətəndaşın canından çıxarırsınız? Yaxud digər sahələrdə olan cərimələr birə-beş artırılıb. Niyə artırılmalıdır? Yaxşı, avtomobil yollarının təmirindən ötrü bircə “Narahatlığa görə üzr istəyirik” yazmaq... Bəs o cəriməni insanlara niyə ödəmirsiniz? Biz nəsə edəndə bizdən cərimə alırsınız, bəs siz niyə cərimə vermirsiniz?” 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Sentyabr 2024, 13:35   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
pravda.az

2Mənbələr