AZ

“Azərbaycan kişisi təkcə pul qazanmaq və cinsi tələbat ödəmək işinə yarayır” - Psixoloqdan İDDİA

“Köhnə fikirli müəllimlər, keçmiş fikirli valideynlər, keçmiş fikirli deputatlar və nə qədər ki, keçmiş fikirli insanlar zəmanəyə uyğunlaşmağı bacarmayacaqlar, keçmişi misal çəkəcəklər, inkişaf etmiş ölkələrlə müqayisədə düşüncə baxımından 60 il geridə olduğumuz kimi, hələ bundan sonra 60 il də geridə qalacağıq”

News24.az bildirir ki, bu fikirləri Medianews.az-a açıqlamasında psixoloq Samirə Bağırov bildirib. Onun sözlərinə görə, qız uşaqları mütləq şəkildə təhsil, yaxud hər hansısa peşəyə yiyələnməli, özünü inkişaf etdirməli, özünü müdafiəni bacarmalıdır:“Çünki o gələcəyin anasıdır və əsas tərbiyəçidir. Bu gün qadınlar kişilərdən şikayətçidirlər. İllərlə Azərbaycan kişisinin aldığı tərbiyədə bütün yük qadının üzərinə düşüb. Yatağını, alt paltarından üst paltarına qədər, yeməyi- içməyi, süfrə hazırlamağına qədər qadın öz üzərinə götürüb. Təbii ki, bu qadında özünə ayıracaq zaman, özünə dəyər, xanımlıq davranışını öyrəcənək zaman qoymur. Belə olduqda xanımda seksuallıq da qalmayacaq. Hər kəs bir evin sakini olduğu halda, nədənsə hər şey yalnız qadının üzərinə düşür. Kişilərin xəyanətinin əsas səbəblərindən biri də budur. Yenicə dünyaya uşaq gətirən qadının diqqəti uşağa yönələn kimi, kişi özünü diqqətdən kənarda hiss etdiyi üçün gedib xəyanət edir. Hərçənd ki, eyni şəkildə növbəli şəkildə gecələr yuxusuz qalmalı,uşağın bezini dəyişməli və yedirməlidir. Amma azərbaycan kişisi təkcə pul qazanmaq və cinsi tələbat ödəmək işinə yarayır”.

Psixoloq vurğulayır ki, pul qazanmağı hər bir qadın da bacarır: “Məişət qayğılarından heç bir qadın xanım kimi formalaşa, şarmını, seksuallığını qoruya bilməz. Bu ancaq imkanlı ailələrdə çox zaman mümkün olur, çünki dayələr, xidmətçilər sayəsində qadın özünə zaman ayırmağı bacarır. Formula 1 yarışması ilə əlaqəli Bakıya təşrif buyuran turistlər sırasında ərəb marshal ilə söhbət əsnasında evli olub olmadığını soruşdum. Deyir “ bizim adətə görə əgər kişinin şəxsi bank hesabında 500 min dollar olmasa qızı ərə vermirlər, mənim isə 28 yaşım var hələ ki, o pulu işləyib yığıram, tamam olanda evlənəcəm”. Gürcüstanda qızın cehizini oğlan alır. Digər ölkələrə də nəzər salsaq qadın hüquqlarının daha üstün olduğunu görəcəyik. Bizdə isə həm cehiz, həm bakirəlik, həm uşaq doğur, həm tərbiyə etməli, həm ev işləri görməli, ayrıca da kişinin cinsi istəyini təmin etməlidir. Və üstəgəl qaynanalı evə düşürsə onlara da nökərçilik etməlidir. Sual yaranır qadın bu qədər şeylər verdiyi halda, bəs bu kişi nə verir əvəzində?”.


Seçilən
27
1
news24.az

2Mənbələr