AZ

Cavanşir Paşazadə çağırış etdi

 Xəbər verdiyimiz kimi 3000 şəhid məqaləsi vikipediyadan silinib.

Bununla bağlı danışan deputat qeyd edib ki, 3000 şəhidin məqaləsinin vikipediyadan silinməsi dövlətimizə və xalqımıza qarşı hörmətsizlikdir:

“3000 şəhid məqaləsini vikipediyadan silinmə səbəbi araşdırılmalı və hüquqi qiymət verilməlidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən və Ali Baş Komandan tərəfindən medalla təltif olunan şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırmaq tərbiyəsizlikdən başqa bir şey deyil. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ şəhidlərimizin qanı-canı bahasına azad edilib. Dövlətimiz və xalqımız ərazi bütövlüyümüz uğrunda düşünmədən canlarından keçən mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin düşmən tapdağı altında qalan hissəsini geri almış, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam vermişdir. Anım gününə bir neçə gün qalmış şəhidlərin adlarının vikipediyadan silinməsini mən hörmətsizlik kimi qiymətləndirirəm”.

Deputat qeyd edib ki, dövlət tərəfində şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilir:

“Mütəmadı olaraq şəhid ailələrinin və müharibə əlillərinin sosial durumlarının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərdə mühün addımlar atılır. Bilirisiniz ki, cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bununla yanaşı qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də dövlətimiz tərəfindən çox mühüm addımlar atılır. Həmçinin onlara sosial-psixoloji dəstək də göstərilir. Bir sözlə ərazi bütövlüyümüz uğrunda canlarından və sağlamlığından keçən şəxslərə, onların ailələrə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
xalq.az

1Mənbələr