AZ

Azərbaycan əsilli aparıcı səfir təyin edilib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib.

Xəzərnews.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti, fərman imzalayıb.

Fərmana əsasən, İradə Zeynalova Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. 1995-ci ildə Tsiolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutunu toz materialların və qoruyucu örtüklərin texnoloqu ixtisası üzrə bitirib.

1997-ci ildən televiziyada müxbir və xəbər proqramlarının aparıcısı kimi çalışır.

Xəbər 3 dəfə oxunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xezernews.az

1Mənbələr