AZ

İsrail ordusunun qətlə yetirdiyi Ayşenurun nəşi Bakıdan İstanbula göndərildi - FOTO

İsrail ordusunun qətlə yetirdiyi Ayşenurun nəşi Bakıdan İstanbula göndərildi - FOTO




Sentyabrın 6-da işğalçı İsrail ordusunun qətlə yetirdiyi  Ayşenur Ezgi Eygin adlı ABŞ vətəndaşı olan türkiyəli aktivistin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.Qeyd edək ki, silahsız və köməksiz fələstinliləri amansızcasına qərlə yetirən işğalçı İsrail ordusu artıq buna etiraz edən insanları da öldürməyə başlayıb. Ayşenur Ezgi Eygin  də İordan çayının qərb sahilində Fələstinə dəstək məqsədilə keçirilən aksiyada başından vurularaq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.AzFakt.com "TRT Haber”ə istinadən xəbər verir ki, 26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları qarşılayıblar.Bunun ardınca, türkiyəli aktivistin cənazəsi Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan isə İzmirə yola salınıb.Onun Aydında dəfn ediləcəyi qeyd olunub.




Xəbərin oxunma sayı :
145

Seçilən
119
2
azfakt.com

10Mənbələr