AZ

Fransa səfirliyi Azərbaycanda həbs olunan Teo Klerkin ayrı-seçkiliyin qurbanı olduğunu deyir

Yayımlandı: 13 Sentyabr 2024 16:06 Səfirlik bununla bağlı bəyanat yayıb Fransanın Azərbaycandakı səfirliyi Teo Klerkin “açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarın qurbanı” olduğunu düşünür və həbsini pisləyir. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir. Qeyd edilir ki, Teo Klerk sentyabrın 10-da Azərbaycan məhkəməsi tərəfindən metroda qraffiti çəkdiyinə görə üç il həbs cəzasına məhkum edilib. Eyni əməllərə görə onunla birgə təqsirləndirilən başqa millətdən olan iki nəfər isə sadə cərimə cəzasına məhkum edilib: “Ötən ilin aprelində Fransanın Bakıdakı səfirliyi Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, həmyerlimizin konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb, bütün məhkəmə iclaslarında iştirak edib”. Səfirlik Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara, məcburi səbəbləri çıxmaqla Azərbaycana getməməyi tövsiyə edir. Səbəb kimi bu ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riskinin olduğunu göstərir. Sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsində beş ay öncə Bakıda metro vaqonunun üstünə boya ilə rəsm çəkildiyinə görə həbs edilən Fransa vətəndaşı Klerk Teo Hüqoya hökm oxunub. Onunla birlikdə eyni əməldə təqsirləndirilən Yeni Zelandiya vətəndaşı İsmael de Sent-Kvent və Avstraliya vətəndaşı Han Paulun barəsində də ittiham hökmü çıxarılıb. Məhkəmə metronun üzərinə qrafiti rəsm çəkilməsini xuliqanlıq və ağır nəticələrə səbəb olmaqla özgə əmlakının zədələməsi kimi qiymətləndirib. Beləliklə, Fransa vətəndaşını 3 il azadlıqdan məhrumetmə, digərlərini isə 6 min 800 manat cərimə cəzası ilə cəzalandırıb Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
xural.com

1Mənbələr