AZ

Obyekt sahibləri avtobus zolaqlarından şikayət edir: Ziyana işləyirik - VİDEO

Bakının bəzi küçələrində çəkilən avtobus zolaqları ətrafda olan obyektlərin alverinə təsir edir.

Avtosfer.az xəbər verir ki, satıcılar deyir ki, zolaqlara görə cərimələrin tətbiqinə başlanandan müştərilər maşınlarını saxlaya bilmirlər.

Nəqliyyat ekspertləri isə deyir ki, bəzi ərazilərdə müəyyən güzəştlər edilməlidir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, çəkilişin aparıldığı A.M.Şərifzadə küçəsi ilə kəsişən küçələrdə, eyni zamanda zolağın çəkildiyi əks istiqamətində parklanma yerləri mövcuddur.

Küçə boyu yerləşən obyektlərə isə arxa küçələrdən yan almaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
avtosfer.az

4Mənbələr