AZ

Azərbaycanda 64 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıqlar və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib.
Nəticədə, ölkə üzrə ümumilikdə 64 məktəb direktorunun 2024-2025-ci tədris ili üçün müqavilələrinin uzadılmaması qərara alınıb.
Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
oxu.az

10Mənbələr