AZ

Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib

Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 76-cı dəqiqədə Naxçıvan təmsilçisinin heyətində Bernardo Diaş vurub.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-15-də keçiriləcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
ilk.az

10Mənbələr