Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Offsideplus.az xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb və 3:1 hesabla qalib gəlib. 

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qələbə qazanıb, Nicat Abasov və Məhəmməd Muradlı isə heç-heçə edib. 

Nikaraqua və Avstraliyaya qalib gələn qadınlardan ibarət yığmamız isə Argentina ilə görüşdən 2:2 hesabla ayrılıb. 

Olimpiadada Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib. Ülviyyə Fətəliyeva uduzub,  Gülnar Məmmədova isə qalib gəlib. Komandanın kapitanı Mixail Şereşevskidir.