AZ

Qadın şahmatçılarımız heç-heçə etdi – Şahmat Olimpiadası

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında heç-heçə edib.

KONKRET.az xəbər verir ki, III Argentina ilə qarşılaşan təmsilçilərimiz xalları yarı bölüblər – 2:2.

Günay Məmmədzadə – Kandela Fransisko – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos – 0:1
Xanım Balacayeva – Anapola Borda – 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura – 1:0

Bu nəticənin ardından yığmamızın xallarının sayı 5-ə çatıb.

Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Kişilərdən ibarət komandamız isə İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib.

Seçilən
58
5
konkret.az

4Mənbələr