AZ

Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi növbəti qələbəsini qazanıb, qadın yığması heç-heçə edib

Şahmat

Bakı, 13 sentyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib 3-1. Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb.

Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda Ülviyyə Fətəliyeva məğlub olub.

Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
7
azertag.az

9Mənbələr