AZ

“Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi - VİDEO

Misli Premyer Liqasında 6-cı tura start verilib. 

Bizim.Media xəbər verir ki, milli fasilədən sonra ilk oyun günündə bir qarşılaşma baş tutub. 

"Araz-Naxçıvan" öz meydanında "Kəpəz"i qəbul edib. Matç Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb.  Turun digər oyunları 14-15 sentyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası

13 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” 1:0

Qol: Benni 76

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov

VAR: Cavid Cəlilov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Liv Bona Dea Arena”, 19:30


Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
bizim.media

8Mənbələr