AZ

Zelenski Baydenlə görüşəcək - “RBK-Ukrayna”

Bu ay Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq.Yeniavaz.com “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Yalta Avropa Strategiyasının 20-ci illik konfransında çıxışı zamanı bildirib.O, bu görüşdə tərəflərin Ukraynanın sülh planını müzakirə edəcəklərini qeyd edib.“Biz bu ay Prezident Baydenlə görüşməyi planlaşdırırıq. Mən ona qələbə planını - bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm. Bu, Ukraynaya müharibəni sülhə doğru istiqamətləndirmək üçün kifayət qədər güc verəcək”, - deyə Zelenski bildirib.O, həmçinin qeyd edib ki, Ukraynanın güclü mövqeyə ehtiyacı var və ABŞ bu işdə kömək edə bilər.“Əgər biz hələ də əsas tərəfdaşımızla qələbə istəyiriksə, onda mənim ABŞ Prezidentinə təqdim edəcəyim qələbə paketi sülh formulunun tam həyata keçirilməsinə yol aça bilər” - Ukrayna lideri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
25
dia-az.info

10Mənbələr