AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - mübarizəyə hazır olun. Qələbə asan olmayacaq. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Problemlər və çətinliklərin sayı artır. Müşkül məqamlar işlə yanaşı, evdə və küçədə də yarana bilər. Maliyyə itkiləri istisna deyil.

Buğa - düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Günün ilk yarısında önəmli işlərə başlamayın, mühüm qərarlar qəbul etməyin. Emosiyaların təsiri altına düşməyin. Təxribatlara uymayın, hisslərin əsiri olmayın.

Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazana bilərsiniz. Şanslarınızdan yararlanın. Müsbət təmayüllərin təsiri uzun müddət davam etməyəcək. Yaranmış situasiyadan faydalanın. Sürətlə və qısa müddətdə başa vura biləcəyiniz işə üstünlük verin. Yalnız nüfuzlu müttəfiqlər sizi dəstəkləyərsə, genişmiqyaslı layihələrə başlaya bilərsiniz.

Xərçəng - gün asan olmasa da, məhsuldardır. İşlərin çoxluğu və tər içində çalışmaq perspektivi sizi qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı və peşəkar fəaliyyətdəki imkanlarınızı nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışdığınız insan səylərinizi görməyəcək.

Şir - son vaxtlar yaranan ideyalardan birini reallaşdırmaq olar. Başladığınız işi bitirin. Yeni tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün münasib zamandır. İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə irəliləyişlər ola bilər. Münaqişələrə rəvac verməyin.

Qız - xoşagəlməz məlumatlar ala bilərsiniz. İşgüzar məsələlərdən biri xeyrinizə həll olunmayacaq. Bütün problemlərə rəğmən sakit olun, təmkininizi pozmayın. Maraqlarınız uğrunda mübarizə aparmaq mənasızdır. Şəraitə uyğunlaşın, situasiyadan faydalanın.

Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Emosional fon stabil deyil. Kənar təsir altına düşməyin, manipulyatorun qurbanına dönməyin. Situsiyanı soyuqqanlı, düşünülmüş şəkildə dəyərləndirin. Təhlükəli vəziyyətdən çıxış yolu tapın.

Əqrəb - günün ilk yarısı uğurlu və xoş keçəcək. Sevimli işlə məşğul olmaq üçün əlverişli zamandır. Kimlərinsə neqativ münasibətindən, tənqidlərindən çəkinməyin. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri mövcud olan problemi həll etmək imkanları yaranıb.

Oxatan - diqqətli olun. Yaşamın müxtəlif sahələrində ciddi problemlər yarana bilər. Asan və səthi həll variantları o qədər də doğru deyil. Şəxsi münasibətlərdə mümkün qədər sayıq olun. Situasiyanı təhlil edəndə ən xırda təfərrüatları, kiçik detalları nəzərə alın. Başqa günlərdə fikir verməyəcəyiniz xırdalıqları indi qulaqardına vurmayın.

Oğlaq - günün ilk yarısında yaranan kiçik çətinliklər sizi bədbinləşdirməsin. Bütün işlərin alt-üst olduğunu düşünməyin. Mənfi təmayüllərin təsiri çox çəkməyəcək. Saatlar keçdikcə vəziyyət düzələcək. Proseslərdə müsbət dəyişikliklər var.

Dolça - yaranmış qeyri-müəyyən, ağır situasiyadan faydalanın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirmək, yaxşı gəlir əldə etmək imkanları var. İntriqalara meylli olmayın, başqasının etibarından sui-istifadə etməyin. Vicdanlı və ədalətli olun. Düşünülməmiş addımlar atmayın.

Balıqlar - ortaq işgüzar maraqlarınızın olduğu insanlardan biri sizə təzyiq göstərmək istəyəcək. O, sizə sərfəli olmayan qərar verməyinizə nail olmağa çalışır. Sakitləşin. Emosiyalarınızın qaydaya düşməsi üçün zaman gərəkdir. Başqalarının məsləhətlərini və mövqelərini qulaqardına vuraraq bildiyiniz kimi hərəkət edin.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
mia.az

1Mənbələr