AZ

Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1kateqoriyalı Riqa açıq turnirində 13 medal qazanıblar.

Trend xəbər verirki, yarışda İlyas Hətəmli (48 kiloqram), Məhəmməd Həsənli (51kiloqram), Fuad Məhərrəmli (55 kiloqram) və Elcan Əliyev (78kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medalqazanıblar.

Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68 kiloqram)finalda məğlub olaraq gümüş medala sahib olublar.

Digər idmançılar Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55kiloqram), Fatimə Həsənova (59 kiloqram), Harun Salmanzadə (51kiloqram), Ziya Həsənli (59 kiloqram), Hüseyn Xudiyev (73 kiloqram)və Allahverdi Məmmədov (⁠+78 kiloqram) isə bürünc medallarqazanıblar.

Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da geri dönəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
9
az.trend.az

10Mənbələr