AZ

Şəkidə musiqi məktəbinin direktoru VƏFAT ETDİ - FOTO

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Şəki şəhər 2 nömrəli musiqi məktəbinin direktoru Tərlan Məmmədov həyatının 57-ci ilində vəfat edib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, o, bir ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi. 

Müalicəsi üçün Türkiyəyə göndərilsə də həkimlər Tərlan Məmmədovun həyatını xilas edə bilməyib. 

Qeyd edək ki, Tərlan Məmmədov Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının yetirməsi kimi Şəkinin ictimai-siyasi, mədəni-kütləvi həyatında mühüm rol oynayan, rayonda təşkil edilən yerli və beynəlxalq sərgi və festivalların ən aktiv təşkilatçılarından biri olub. 

Tərlan Məmmədov on ildən çox müddətdə rəhbərlik etdiyi musiqi məktəbində onlarla yeniyetmə və gənc bir sıra musiqi festivallarının, beynəlxalq müsabiqələrin laureatı və qalibi olub.  Yetirmələrinin xoş sorağı dünyanın müxtəlif musiqi akademiyaları, konservatoriyalarından, möhtəşəm zallarından gəlir. 

Allah rəhmət eləsin.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

Seçilən
44
2
bizim.media

4Mənbələr