AZ

CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb

Cənubi Afrika Respublikasının vitse-prezidenti 62 yaşlı Pol Maşatil ölkənin şimalında tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb.“Report” xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.Vitse-prezident Limpopo əyalətinin Valoyi kəndinin mədəniyyət mərkəzində keçirilən mərasimdə iştirak edirmiş. Öz növbəsində vitse-prezidentin mətbuat katibi Keyt Xoza bildirib ki, Maşatil həkimlər tərəfindən müayinə olunub.Belə ki, vitse-prezidentə lazımi yardım göstərilib və hazırda özünü yaxşı hiss edir. O əlavə edib ki, Maşatilin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
16
dunyapress.info

10Mənbələr