AZ

İdmançılarımız Latviyada 13 medal qazandı

Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq birinciliyində 13 medal qazanıblar.

Yeniazerbaycan.com xəbər verir ki, yığmanın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kiloqram), Məhəmməd Həsənli (⁠51 kiloqram), Fuad Məhərrəmli (⁠55 kiloqram) və Elcan Əliyev (⁠78 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68 kiloqram) ikinci yeri tutublar.

Digər taekvondoçulardan Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram), Fatimə Həsənova (⁠59 kiloqram), Harun Salmanzadə (⁠51 kiloqram), Ziya Həsənli (⁠59 kiloqram), Hüseyn Xudiyev (⁠73 kiloqram) və Allahverdi Məmmədov (⁠+78 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, milli komanda Bakıya sentyabrın 16-da qayıdacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
9
yeniazerbaycan.com

10Mənbələr