Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub.
E-huquq.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Partlayışda 20 nəfərin yaralandığı bildirilir.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.