AZ

Sibiqa: Kiyev əraziləri ilə alqı-satqı etməyəcək!

Ukrayna öz əraziləri ilə alqı-satqı etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Sum vilayətinə səfəri zamanı deyib.

"Əsgərlərimizi əmin etdim ki, qəzetlərdə nə yazsalar da, Ukrayna Minsk üslubunda hər hansı ərazi sövdələşməsi və ya razılaşmalar aparmağı planlaşdırmır",- o bildirib.

Nazirin sözlərinə görə, bu, prezidentin qəti mövqeyidir və o, Vaşinqtonda hərbçiləri mütləq gücləndirəcək amilləri təqdim edəcək.

Seçilən
133
3
axar.az

10Mənbələr