AZ

Roma Papası Yaxın Şərqdə atəşkəs üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb

Roma Papası Yaxın Şərqdə atəşkəs üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə atəşkəslə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri sülh üçün həll yolları tapmağa səsləyib.

“Dünyanı qana bulayan müharibələri unutmayaq. Viran qalmış Ukraynanı, Myanmanı, Yaxın Şərqi daim düşünürəm. Nə qədər günahsız qurban var. Qoy Fələstin və İsraildə münaqişə dayansın, zorakılıq bitsin, girovlar azad olunsun, danışıqlar davam etdirilsin və sülh üçün həll yolları tapılsın”, - deyə Roma Papası qeyd edib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
5
ilk.az

6Mənbələr