AZ

FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub

FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Floridada qolf klubu yaxınlığında sui-qəsdə cəhdin hədəfi olub.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.

Qolf klubuna doğru atəş açan Rayan Uesli Raut saxlanılıb. FTB hadisənin motivinin aşkar edilməsi istiqamətində araşdırma aparır. Tramp komandası onun sağ və təhlükəsiz olduğunu açıqlayıb.

Qeyd edək ki, Trampın Floridada yerləşən qolf klubu yaxınlığında atışma baş verib. Atəş zamanı Donalt Tramp klubda olub. Bu son 2 ayda Trampa qarşı ikinci sui-qəsd cəhdidir.

Vaşinqton

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
50
ilk.az

10Mənbələr