AZ

Trampı kim öldürmək istəyir?

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq prezident Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

Hadisə ilə bağlı Trampın seçki qərargahı açıqlama yayıb:

“Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizlikdədir”.

Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, o, 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
xalq.az

1Mənbələr