AZ

Rumıniya 7 milyard dollar dəyərində F-35A qırıcıları alır

ABŞ Dövlət Departamenti 7.2 milyard dollar dəyərindəki 5-ci nəsil F-35A “Lightning II” döyüş təyyarələrinin Rumıniyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 32 ədəd F-35A döyüş təyyarəsinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.

Xatırladaq ki, ötən ilin avqustunda Rumıniyanın milli müdafiə naziri Angel Tilvar Milli Müdafiə Nazirliyinin 32 ədəd F-35A “Lightning II” döyüş təyyarəsinin satın alınması üçün təsdiq tələbini Rumıniya parlamentinə təqdim etdiyini açıqlamışdı.

Həmin vaxt təsdiq üçün Rumıniya parlamentinə göndərilən satınalmanın ümumi dəyərinin təxminən 6.5 milyard ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
poliqon.az

1Mənbələr