AZ

Nərimanovda icra başçısı səkilərin zəbt olunmasından məlumatlıdır……

Nərimanov rayonu Təbriz küçəsində bir müddət əvvəl yeni tikilmiş binanın qarşısındakı piyada səkisi zəbt edilmişdi. Belə ki, səkinin böyük bir hissəsini avtomobillərin parklanması üçün ayırmışdılar. Sakinlərin davamlı şikayətindən sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi sözügedən səkidə parklanma yerinin qeyri-qanuni yaradıldığını bildirdi. Bu səbəbdən sakinlər dərhal səkinin bərpa edilməsi üçün rayon icra hakimiyyətinə müraciət etdilər.

XALQ.AZ xəbər verir ki, sakinlərin müraciətinə baxmayaraq qeyri-qanuni hesab edilən parklanmanın qarşısı hələ də alınmayıb. Sakinlər bildirir ki, səkidə avtomobillər park edilir, bunun qarşısının alınması üçün də heç bir tədbir görülmür.
Sakinlər təəssüf edir ki, Baş İdarənin belə məsələlərə birbaşa müdaxilə etmək imkanı yoxdur. Problemin həlli aidiyyəti icra hakimiyyəti orqanının ümidinə qaldığı üçün sakinlər daha da narahatdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

Qeyd edək ki, 2022-ci ildən Nərimanov rayon icra hakimiyyətinin başçsı Elgin Həbibullayevdir

Tribunainfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
xalq.az

3Mənbələr