Aylardır işindən ayrı qalan aparıcı Aytən Səfərova, nəhayət, ekranda görünüb.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, o, yenidən aparıcısı olduğu “Xəbər ertəsi” verilişi ilə tamaşaçıların qarşısına çıxıb.
Aytən vurğulayıb ki, oğlu Nizami bu gün birinci sinfə gedir.
A.Səfərova aprel ayında səhər saatlarında 8 Noyabr prospektində öz avtomobilində qəzaya düşüb. Aparıcı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib. Bundan sonra Aytən efirə çıxmayıb.
"Cebheinfo.az"