Yeni təhsil ilinin başlanması ilə məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də “start” verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də Xırdalan şəhərinin 3 saylı məktəb-liseyidir.Bu barədə Qlobal.az-a verilən məlumatda qeyd edilir.
Məlumata görə məktəb-liseyin yuxarı siniflərində müəllimlərə hədiyyə adı alında şagirdlərdən 40 manat yığılır.
Vəsaitin “valideyn komitələri” tərəfindən toplandığı bildirilir.
Məktəb rəhbərliyinin şagirdlərdən pul yığılması barədə xəbərlərinin olub-olması barədə dəqiq məlumat yoxdur.
Qlobal.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilməyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.
2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseyin açılışında iştirak ediblər.
Xatırladaq ki, Xırdalan şəhərinin 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevadır.
KAİM.az