AZ

Rus ordusu bu yaşayış məntəqələrini ələ keçirib - Müdafiə Nazirliyi məlumat yaydı

Rusiya hərbçiləri Kursk vilayətinin Uspenovka və Borki yaşayış məntəqələrini azad edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kursk vilayətində Boqdanovka, Quevo, Daryino, Zeleni Şlyax, Kruqlenkoye, Malaya Loknya, Martınovka, Nikolo-Daryino, Novaya Sorochina, Novoivanovka, Pravda yaşayış məntəqələri ərazilərində doqquz Ukrayna briqadasının mövqelərinə hücumlar həyata keçirilib. Sumı vilayətində Bondarevşçina, Belovodı, İskriskovşina, Mazevka, Novaya Sloboda, Obody, Reçki, Rudnevo, Rıjovka, Pavlovka, Xoten, Esman və yaşayış məntəqələrinin ərazilərində doqquz briqadanın cəmləşmə sahələrinə və ehtiyatlarına hücumlar həyata keçirilib”,-deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi həmçinin gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 350-dən çox hərbçi, 13 zirehli texnika, o cümlədən iki tank və 11 zirehli döyüş maşını, iki artilleriya qurğusu, üç minaatan, iki MLRS buraxılış qurğusu itirdiyini açıqlayıb.

“AzPolitika.info”

Seçilən
11
1
azpolitika.info

2Mənbələr