Birləşmiş Ştatlar bu gün əsas beynəlxalq problemi təmsil edən Qəzza zolağında müharibənin bitməsinin qarşısını almaq istəmir və əlindən gələni edir.
Medianews.az TASS- a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
“Bütün problem ondadır ki, Birləşmiş Ştatlar hər kəsin istədiyini – qan tökülməsinə son qoymağı nəzərdə tutan hər hansı qərarı əldən vermək istəmir”, – deyə xarici siyasət rəhbəri bildirib.
BMT Təhlükəsizlik Şurası heç bir halda Qəzzadakı müharibə problemini görməməzliyə vurmamalıdır, çünki bu, kimin nəyi başqa cür göstərməyə çalışmasından asılı olmayaraq, bu günün əsas beynəlxalq problemidir”, – Lavrov yekunlaşdırıb.