AZ

"COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq.

“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında Pakistanın federal ticarət naziri Cavad Pol Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində bildirib.

"Bərpa olunan enerji mənbələri sahəsi Azərbaycan və Pakistan arasında əməkdaşlıq üçün perspektivli istiqamətdir. Rəsmi Bakı və İslamabad müxtəlif sahələrdə güclü əməkdaşlıq qurub. İldə günəşli günlərin çoxluğu və yüksək insolasiya sayəsində Pakistan bərpa olunan enerji mənbələri sahəsində layihə həyata keçirilməsi üçün əhəmiyyətli potensiala malikdir. Pakistanda ildə təxminən 300 günəşli gün var. Enerji istehsal etmək və əldə etmək üçün bizə yalnız investisiya lazımdır”, - deyə o qeyd edib.

COP29-dan bəhs edən nazir bildirib ki, Pakistan da “yaşıl enerji”yə keçidi sürətləndirmək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr