AZ

Elçibəy və Tramp

Zərdüşt Əlizadə Bu iki siyasətçinin davranışında bir oxşar məqam mənim diqqətimi çəkdi İlk baxışdan çox fərqli görünən bu iki siyasətçini müqayisə etməyim qəribə görünməsin. Onların arasında oxşar cəhətlər heç də az deyil. Əvvəla, onların heç biri peşəkar siyasətçi deyildi və deyil, dərin siyasi bilik və təcrübə sahibi sayıla bilməz. İkincisi, hakimiyyətdə olduqları dövrdə hədsiz qanunsuzluqlar törətdilər. Üçüncüsü, bunun məsuliyyətini əsla daşımadılar. Dördüncüsü, törətdikləri müsibətlərə rəğmən, cəmiyyətlərdə onlara büt kimi səcdə edənlər heç də az deyil. Bu iki siyasətçinin davranışında bir oxşar məqam mənim diqqətimi çəkdi. Seçki strategiyasına əsla uyğun olmayan qərarların qəbulunda onlar sanki eyni qəlibdən çıxıblar. Foto: Meydan TV Tramp öz ikinci dəfə prezidentliyə namizədliyi cəhdində ən ali kürsüdə əyləşmiş prezident Co Baydenlə yarışmalı idi. Bütün amerikan siyasətşünasları deyirdi ki, ikinci qarşıdurmada Baydenin şansı yoxdur. Səhhəti laxlayıb, yaddaşı zəifləyib, danışığını bilmir, gəzəndə büdrəyib yıxılır, yəni Trampa seçkidə qələbə üçün lazımdır ki, Demokrat Partiyası namizəd kimi məhz Baydeni irəli sürsün. Bayden öz prezidentliyi dövründə artıq sübut edib ki, bu vəzifənin öhdəsindən uğurla gəlmək üçün tələb olunan sağlamlığı yoxdur. Lakin öz prezident səlahiyyətlərindən sui-istifadə edərək lideri olduğu partiyaya deyir ki, namizəd mütləq mən olmalıyam. Bayden rəqib olsa, qələbə Trampın cibindədir. Yəni prezident olmaq istəyən Tramp nə etməlidir? Demokrat Partiyasının Baydeni prezident vəzifəsinə irəli sürməsinə qədər dilini farağat qoyub gözləməli, elə ki, “yuxulu Co” rəsmi namizəd oldu, onu yıxıb sürüməlidir. 2020-ci il prezident seçkilərində qələbəsinin oğurlandığını zənn edən və bundan yanıb yaxılan Tramp nə edir? Hikkəsini boğa bilməyib elə-hey Baydeni, onun qocalığını, gücsüzlüyünü, taqətsizliyini, huşsuzluğunu ələ salır, gələcək seçki yarışında rəqibini hansı silahla və necə vuracağını açıq nümayiş etdirir. Demokrat Partiyasının rəhbərliyi bunu görür və anlayır ki, 2024-cü il prezident seçkisində Tramp Baydenə asanlıqla qalib gələcək və şirin hakimiyyət əldən gedəcək. Lakin fəaliyyətdə olan ABŞ prezidentinə necə demək olar ki, öz namizədliyini vermə? Bu zaman hansısa siyasi texnologiya bilicisinin ağlına bir fənd gəlir. Bu fənd, əgər baş tutarsa, Demokrat Partiyasını qaçılmaz məğlubiyyətdən xilas edə bilər.Elə etmək lazımdır ki, Baydenin gələcək məğlubiyyəti heç kəsdə şübhə doğurmasın. Bunun üçünsə iki namizədi millətin gözü önündə üz-üzə qoymaq lazımdır. Namizədlərin debatı aşkar sübut edəcək ki, Bayden namizəd kimi Demokrat Partiyasına qələbə gətirə bilməyəcək. Lakin debatlar adətən namizədlərin rəsmi təsdiqindən sonra baş verir. Hələ nə Bayden, nə də Tramp namizəddir, debat üçün heç bir rəsmi əsas yoxdur.Cüvəllağı siyasətşünas deyir ki, Tramp Baydendən elə yanıqlıdır ki, onu rüsvay etmək üçün girəvəni göydə axtarır. Odur ki, demokratlar media müstəvisinə erkən debat ideyasını atırlar. Gözünə döndüyüm ağıllı Tramp bu fikri ürəkdən bəyənir. Tramp əmindir ki, debatda huşsuz, nə dediyini anlamayan Baydeni darmadağın edəcək. Cüvəllağı siyasətşünas da buna əmindir və Demokrat Partiyasının başbilənlərinə də bunu izah edir. Başbilənlər bu fəndi dərk edib Baydeni inandırırlar ki, Trampın dərsini vermək zamanıdır. Artıq vəziyyəti və şəraiti düzgün təhlil etmək və qiymətləndirmək qabiliyyətini itirmiş, onun gələcək qələbəsinə şəkk edənləri öz qabiliyyətinə inandırmaq zərurətini dərk edən Co Bayden bu erkən debata razılaşır. ABŞ-ın siyasi tarixində heç vaxt namizədlər rəsmi təsdiqdən əvvəl debata çıxmırlar. Bayden və Tramp erkən debata çıxırlar və cəmi-əhli-Amerikanın gözü önündə Tramp Baydeni yıxıb sürüyür. Və bundan xeyli xoşhal olur. Ürəyindən tikan çıxır. Bundan sonra Demokrat Partiyasının başbilənləri işə girişir. Amerika mediasının 80%-i Demokrat Partiyasına rəğbət bəsləyir və ona işləyir. Amerikan mediası şivən qoparır, “Xandostu, amandır, qoyma gəldi, didarı yamandır, qoyma gəldi”, bəs, vətən təhlükədədir, Bayden gözgörəsi Trampa uduzur, belə getsə , Demokrat Partiyası tək prezident vəzifəsini deyil, həm də konqresi və senatı uduzacaq! Demokrat Partiyasını, Amerka demokratiyasını Trampdan xilas etmək naminə prezident Bayden gərək böyük hünər göstərib namizədlikdən imtina etsin. Partiyanın başbilənləri növbəyə düzülüb Baydeni inandırırlar ki, namizədlikdən imtina etməlidir. Axırda inandıra biılirlər, Co Bayden elan edir ki, namizədlikdən geri çəkilir. Demokrat Partiyası Kamala xanım Herisi namizəd verir.Tramp hələ anlamır ki, hansı tələyə düşüb, elə-hey Baydenlə mübarizə aparır. Çıxışlarında deyir ki, Demokrat Partiyasının namizədi kəf-kəf edən 82 yaşlı huşsuz qocadır , bütün işlərində biabır olub, uğursuz insandır. Bir də ayılıb görür ki, Demokrat Partiyası ona qarşı ondan 19 yaş cavan bir qadının namizədliyini irəli sürüb, elə özü Amerika tarixində ən yaşlı namizəddir, görür ki, zəif saydığı rəqibi onunla debatı elə aparır ki, cəmiyyətin əksəriyyəti qalib qismində məhz bu xanımı görür. 1990-cı ilin sentyabrın 30-da keçirilmiş Ali Sovetə seçkidə hakimiyyət AXC-yə yerlərin 8%-ni ayırdı.Soruşa bilərlər ki, Elçibəy və onun dəstəsi nə üçün belə etdi? Bəlkə siyasi təcrübəsi yox idi?Əminəm ki, bu əmri onlara partiya mafiyası vermişdi, Azərbaycanın müasir tarixində seçki yolu ilə ilk və yeganə xalq hakimiyyəti qurulması imkanını beşiyindəcə boğmaq lazım idi. İndi anlayır ki, Baydenin rəqib kimi qədrini bilmirmiş, anlayır ki, gərək onu vaxtından əvvəl vurmayaymış. Lakin qatar gedib, yarış tərəzisinin gözləri gah onun, gah da Kamala xanım Herisin üstün olduğunu göstərir. Nəzərə alsaq ki, tək avtoritar ölkələrdə deyil, həm də ABŞ-da inzibati resurs deyilən amil seçkidə istifadə olunur, noyabrın 5-də kim qazanacaq hökmünü hələ heç kim verə bilməz.İstisna edilmir ki, Tramp özündən qat-qat zəif rəqibi vaxtından əvvəl oyundan kənarlaşdırdığına görə peşman olacaq. Möhtərəm oxucu soruşa bilər ki, ABŞ seçkisinin, prezident Trampın Elçibəylə nə əlaqəsi var? Sizin həqir bəndənizə bu amerikan əhvalatı 1990-cı ilin yanvar ayının 6-da AXC konfransında etdiyim vida nitqimi xatırlatdı. Bu nitqdən əvvəl min bir fırıldaqla AXC üzərində nəzarəti ələ keçirmiş qaragüruhçu dəstə Azərbaycanın 17 rayonunda raykom katiblərini devirmiş, dekabrın 31-dəSSRİ sərhəddini söküb sovet rəhbərliyinə xalq hərəkatına ağır zərbə endirmək bəhanəsi vermiş, həmin anda isə partiya mafiyasının tapşırığına uyğun olaraq Azərbaycan Kommunist Partiyasının Birinci katibi Əbdürrəhman Vəzirovun devrilməsinə sonuncu hazırlıq işlərini tamamlayırdı. Bütün bunları görüb anlayan sizin həqir bəndəniz Elmlər Akademiyasının konfrans zalına toplaşmış cahil əyalət əhlinə vəziyyətin təhlükəli mahiyyəti barəsində xəbərdarlıq etmək üçün son fürsətdən istifadə etdi. Vəzifə atəşi ilə yanıb yaxılan cəbhədaşlarıma dedim ki, “Vəzirovu yıxmaq lazım deyil, Vəzirov AXC üçün göydən düşmüş gözəl hədiyyədir, əhali ona nifrət edir, üç aydan sonra respublikanın Ali Sovetinə seçki keçiriləcək, cəbhəçi namizədlərin rəqibi partokratlar olacaq, sizə kifayətdir ki, seçicilərin gözü önündə rəqibinizdən soruşasınız ki, sizin partiyanın lideri kimdir, deyəcəklər ki, Vəzirovdur, onda sizin qələbəniz təmin olunacaq. Vəzirovu yıxmaq üçün qan tökmək lazım deyil, bəylər, mən zorakılıqdan, qandan və məğlubiyyətdən qorxuram. Gəlin demokratiya yolunu seçək”. Elə bu an hələ Elçibəy olmamış Əbülfəz Əliyev yerindən sıçradı və Leninsayağı əlini qovzayıb qışqırdı:“Azadlıq yolunda demokratiya ilə yanaşı qan da tökülməlidir”. Və zala toplaşmış əyalət lotuları sürəki əl çaldılar.Sonrası tarix kitablarında yazılıb. Mənim nitqimdən 7 gün sonra Bakıda erməni talanı təşkil edildi. Daha 7 gün sonra aldadılmış əhalini vəhşi ordunun tank tırtıllarının altına verdilər.AXC Vəzirovu yıxa bildi. 1990-cı ilin sentyabrın 30-da keçirilmiş Ali Sovetə seçkidə hakimiyyət AXC-yə yerlərin 8%-ni ayırdı.Soruşa bilərlər ki, Elçibəy və onun dəstəsi nə üçün belə etdi? Bəlkə siyasi təcrübəsi yox idi? Əminəm ki, bu əmri onlara partiya mafiyası vermişdi, Azərbaycanın müasir tarixində seçki yolu ilə ilk və yeganə xalq hakimiyyəti qurulması imkanını beşiyindəcə boğmaq lazım idi. Əmr verildi, casuslar əmri yerinə yetirdilər, mükafatlarını aldılar. Hələ də alırlar. Sonra isə avam xalq üçün nağıllar uyduruldu: Dirçəliş, Həmrəylik, 20 Yanvar qəhrəmanlıq simfoniyası…Sonra isə məntiqi və qaçılmaz Qurtuluş. Noyabrın 5-də baxıb görərik amerikan siyasətşünaslarının qurduğu oyun nəticə verəcək, ya yox.Yəni Trampın ağlı Elçibəyin ağlına bərabərdir, ya yox. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
xural.com

1Mənbələr