AZ

Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

"Azexport" portalı tərəfindən Azərbaycanda un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu sertifikatla Efiopiyaya makaron və digər məhsullar ixrac ediləcək.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq “azexport.az” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatın verilməsi 100-dən artıq ölkəyə məhsul ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatını əldə etmək üçün sahibkarlar azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
15
vergiler.az

10Mənbələr