AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - qarşınıza qoyduğunuz məqsədlər arasında ən mühümünü seçin, ona çatmağa can atın. Digər məsələlər ikinci dərəcəlidir. Diqqətinizi dağıtmayın. Yeni işdə fəndgir, hiyləgər olun. Yaxın ətrafınızdakı insanlar sizə inanmalıdır.

Buğa - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Məhsuldar, səmərəli zamandır. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Hədəf və məqsədlərinizi dəqiqləşdirin. Yazılmamış qanunları, ənənələri müvəqqəti olaraq unuda bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan biri sizə iradını bildirərsə, fikir verməyin.

Əkizlər - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Nə istədiyinizi dəqiqləşdirin. Kompromislərə razılaşmayın. Peşəkar qabiliyyətləriniz və şəxsi məziyyətlərinizi yaxşı nümayiş etdirməyinizə imkan verəcək sifariş, təklif ala bilərsiniz.

Xərçəng - emosional fon stabil deyil. Mürəkkəb, qarışıq gündür. Bədbinliyə qapılmayın. Bu yaxınlarda başladığınız işə marağı itirməyin. Qəmlənməyin. Yaxşı məsləhətlərə qulaq asın, yardımlardan imtina etməyin. Yaxınlarınızın dediklərini diqqətlə dinləyin. Yaranmış ağır situasiyadan çıxış yolu var.

Şir - işlər pis deyil. Hər şey planlaşdırdığınız təki deyil. İmprovizələri unutmayın. Hamının öyrəşdiyi və adət etdiyi metodlardan, ənənəvi yollardan istifadə etməyin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Çoxdan bəri əlaqə qurmaq istədiyiniz insanın diqqətini cəlb edin.

Qız - iş və karyeranı diqqət mərkəzində saxlasanız, uğur qazanacaqsınız. Məhsuldar fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlar, işdəki həmkarlar bunu görəcəklər. Gərəkli vaxtda gərəkli yerdə olmağa çalışın. Nüfuzlu insanla ünsiyyət qurun.

Tərəzi - əlverişli gündür. Müsbət təmayüllərin təsiri güclənir. İşlərinizdə uğurların olacağına şübhə ilə yanaşmayın. İşgüzar təşəbbüslərinizdə qətiyyətli olun. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləməsələr də, yolunuzdan qalmayın.

Əqrəb - kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Anlaşmalar, sövdələşmələr və müqavilələrin şərtlərini təfsilatlı şəkildə müzakirə etmədən işə başlamayın. İşgüzar intuisiyanız iti olmalıdır. Yeni layihələrin perspektivlərini dəqiqləşdirin.

Oxatan - başladığınız işlərin hamısını uğurla başa vuracağınıza ümid etməyin. Bəzi işlərdəki gecikmələr və probemlərin səbəbkarı siz deyilsiniz. Yerinizdə saymayın. Sonuclanmasına az qalmış layihəni yarımçıq qoymayın. Sənədləşdirmədə problemlər istisna deyil. Buna rəğmən gərəkli sənədləri vaxtında almağa çalışın.

Oğlaq - yeni işə başlamaq və layihəyə start vermək üçün əlverişli zamandır. Yaxşı gəlir əldə edə bilərsiniz. İzafi səylərə əsla ehtiyac yoxdur. Uğurlarınız bəzi adamlarda paxıllıq hissi yarada bilər. Yeni rəqiblərinizin peyda olmasına təəcüblənməyin. İndiyədək gərgin olan münasibətlər, ümumiyyətlə, pozula bilər.

Dolça - diqqətli davranın. İlk baxışda önəmsiz və kiçik təsir bağışlayan olayın əslində çox ciddi fəsadları ola bilər. Olayların gedişatı arzuolunmaz istiqamətdə ola bilər. Faydalı məlumatları yadda saxlayın, onlardan yararlanmağa çalışın. Maraqlı informasiyalar irəliləyişinizə yardım edə bilər.

Balıqlar - diqqətli və sayıq olun. Mənfi təmayüllərin təsiri güclənəcək. Problem gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə qarşılaşa bilərsiniz. Adi, rutin işlərin görülməsi də asan deyil. Gecikmələr, təxirəsalmalar, anlaşılmazlıqlar, kiçik problemlər istisna deyil.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
mia.az

3Mənbələr