AZ

İranda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

İranın Yəzd şəhərində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb.

ILNA xəbər agentliyinin yaydığı xəbərdə Yəzd Qızıl Aypara Cəmiyyətinin Baş direktoru Məhəmməd Aşıqkinin qəza ilə bağlı məlumat verdiyi bildirilib.

Məhəmməd Aşıki deyib: "Sərnişin avtobusu Robat kəndi yaxınlığında aşıb. Qəza nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb". 

Hadisənin səbəbi barədə məlumat verməyən İran rəsmisi yaralıların bölgədəki xəstəxanalara çatdırıldığını qeyd edib.



Seçilən
37
trt.net.tr

1Mənbələr