"Azərreyl" klubunda növbəti dəfə prezident dəyişikliyi olub.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, Orxan Kərimov prezident postundan çıxarılıb. Ötən mövsüm başlanmazdan öncə bu posta təyin olunan, 3,5 milyonluq büdcə ilə klubu idarə edən O.Kərimovun yeyintilərə yol verdiyi bildirilir.
Düzdür, federasiyadan onun ayrılmağını Dubaydakı biznesi ilə əlaqələndirirlər. Ancaq tarixində ilk dəfə "Azərreyl" həm qadın, həm də kişi komandası ilə çempion olursa, saytımıza verdiyi müsahibədə klubda işini davam etdirmək istədiyini bildirirsə, bu adamın klubdan öz istəyi ilə ayrılması mümkünsüz görünür.
Ən pisi isə odur ki, bu məsələ "Azərreyl"in növbəti mövsümkü büdcəsinə də təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan son illərdə ilk dəfə olaraq avrokuboklarda iştirak etməyəcək. Halbuki "Azərreyl"in həm kişi, həm də qadın komandası çempion kimi avrokubokda çıxış etməli idi. Bunun da səbəbi məhz "Azərreyl"də baş verən maliyyə maxinasiyası ilə bağlıdır.
Vasif
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta