AZ

Qəzzada 700-dən çox körpə öldürülüb

İsrail ordusu oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 710 körpəni öldürüb.
Qəzzadakı Səhiyyə Nazirliyi 7 oktyabr-31 avqust tarixləri arasında İsrailin hücumları nəticəsində  həyatını itirən 34 mindən çox fələstinlinin adlarını açıqlayıb.

Nazirliyin açıqladığı siyahıda İsrail ordusu tərəfindən öldürülən 11983-ü azyaşlı olmaqla 34 344 fələstinlinin adı yer alıb.

Məlumatda İsrailin Qəzza zolağında 1 yaşdan kiçik azı 710 körpəni öldürdüyü qeyd edilib.

Siyahıda şəxsiyyəti müəyyən edilən qadınların sayının 6 297 olduğu, öldürülənlərin 60 faizinin qadın, uşaq və qoca olduğu bildirilib.

Siyahıya həmçinin öldürülən 60 yaşdan yuxarı 2734 fələstinlinin adı da salınıb.

Qeyd olunub ki, Səhiyyə Nazirliyi yalnız xəstəxanalara çatdırılan meyitlərin şəxsiyyətini müəyyən edə bilib. Dağıntılar altında və yol kənarında hələ də minlərlə ölünün olduğu bildirilib.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 16 795-i uşaq, 11 378-i də qadın olmaqla 41 226 fələstinli ölüb, 95 413 nəfər yaralanıb, 10 min fələstinli isə itkin düşüb.



Seçilən
24
trt.net.tr

1Mənbələr