AZ

“Otokar” COBRA II zirehli ambulansını ADEX-2024 sərgisində nümayiş etdirəcək

Türkiyənin “Otokar” şirkəti 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2024 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində COBRA II zirehli ambulansını nümayiş etdirəcək.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, sərgi zamanı COBRA II zirehli ambulansı ilə yanaşı, şirkətin dünyaca məşhur zirehli maşınları və quru sistemlərindəki üstün imkanları da təqdim olunacaq.

NATO və Birləşmiş Millətlər Təşkilatının quru sistemləri təchizatçılarından biri olan “Otokar”ın hərbi maşınları dünyanın müxtəlif yerlərində, bir çox fərqli missiya, iqlim və ərazi şəraitində xidmət göstərir. “Otokar”ın beş qitədə 40-dan çox ölkədə 33 mindən artıq hərbi maşını istifadə olunur. Bu nəqliyyat vasitələri çətin şərtlərdə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir.

“Otokar” şirkəti COBRA II zirehli nəqliyyat vasitəsinin ambulans versiyasını ilk dəfə IDEF-2019 sərgisində nümayiş etdirib. COBRA II zirehli ambulansı özünün yüksək ballistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənir. COBRA II bu parametrləri ilə yüksək təhlükəli ərazilərdə standart bir ambulans ilə görüləcək bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir.

COBRA II zirehli ambulansı döyüş sahəsinin içərilərinə qədər girib, təhlükəli bölgədə yaralıların həyatını qurtarmaq və təcili müdaxilə xidmətlərini yerinə yetirə bilmək üçün zəruri avadanlıqlarla təchiz olunub. Ambulans versiyada COBRA II-nin hündürlüyü və genişliyi artırılıb, bununla da böyük daxili həcm təmin edilib. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. COBRA II zirehli ambulansın sürücü, komandir, tibb heyətindən başqa, 2 oturulu və 1 uzanılmış yaxud 2 uzanıqlı yaralı daşıya bilən iki fərqli konfiqurasiyası mövcuddur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
poliqon.az

1Mənbələr