AZ

Emin Mahmudov Qara Qarayevin də transfer edilməsini istədi, vəziyyət dəyişdi

«Neftçi»nin kapitanı Emin Mahmudov kayrerasını Türkiyədə davam etdirmək planını ertələyib. 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi TFF I Liqa təmsilçisi ilə apardığı danışıqlara ara verib. Məsələ maliyyə deyil. Orta sahə oyunçusu ona dəvət göndərən kluba maraqlı şərt irəli sürüb. Bildirib ki, əgər «Neftçi»dən ayrılarsa, ora Qara Qarayevlə birgə gələcək. Yəni ki, məni transfer etmək istəyirsizsə, dostumu da heyətə qatmalısız. Qarşı tərəf bu tələbə tərəddüdlə yanaşıb. Onlar baklılıların Qarayevi sezonun əvvəlində əvəzedici heyətə göndərməsindən xəbərdardır. Eminin mövqeyi I Liqa iştirakçısının rəsmilərində təəccübə səbəb olub.
Mahmudovla Qarayev yaxın dostdur. Bu münasibət bir neçə ildir yaranıb, indi aralarından su da keçmir. Cütlük millidən bir-birini tanıyıb.
SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
sportinfo.az

2Mənbələr