AZ

Meta RT-ni, Rusiyanın digər dövlət media şəbəkələrini bloklayır

Facebook və Instagram sosial şəbəkələrinin, eləcə də WhatsApp mesencerinin sahibi Meta sentyabrın 16-da bildirib ki, RT, Rossiya Segodnya və Rusiyanın digər dövlət media şəbəkələrini platformalarından çıxarıb. İddia olunur ki, bu media orqanları onlayn gizli müdaxilə əməliyyatları aparmaq üçün aldadıcı taktikadan istifadə ediblər. Bu, dünyada ən böyük sosial media platforması olan Meta-nın Rusiya dövlət mediasına qarşı tədbirlərində kəskin eskalasiya deməkdir. Bundan öncə Meta sözügedən media orqanlarının reklam verməsini, postlarının yayılmasını məhdudlaşdırıb. “Diqqətli araşdırmadan sonra, Rusiya dövlət media orqanlarına davam edən tədbirləri genişləndirdik. Rossiya Segodnya, RT, digər əlaqədar qurumlar xarici təsir fəaliyyətə görə bizim tətbiqlərdən çıxarılır”, — sosial media şirkəti bəyanatında bildirib. Bəyanata görə, qadağa yaxın günlərdə tətbiq olunmağa başlanacaq. Ötən həftə, sentyabrın 13-də ABŞ hakimiyyəti “Rossiya segodnya” və RT-ni Rusiya xüsusi xidmətinə işləməkdə ittiham edib. Onlara qarşı sanksiyalar tətbiq olunub, beynəlxalq diplomatik kampaniya vəd edilib. “‘Rossiya segodnya’nın strukturları, özəlliklə, RT televiziyası təkcə Kreml propaqandasının ruporu deyil, həmçinin Rusiya kəşfiyyatının gizli əməliyyatlarının iştirakçılarıdır”, — Dövlət katibi Entoni Blinken deyirdi. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
19
xural.com

10Mənbələr