AZ

“Su ilə bağlı problemləri aradan qaldırmaq üçün milyardlarla pul lazımdır” - EKOLOQ FAKTLARI AÇIQLADI

“Azərbaycanda su ehtiyyatlarının səviyyəsi hətta eradan əvvəlki vəziyyətdədir. Bir çox su kanalları, şəhər təsərrüfat sistemləri bərbad haldadır. Kür-Araz ovalığında isə şoranlıq artıq öz işini görür, bir çox sahələr ölü sahəyə çevrilib və bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bu istiqamətdəki problemləri aradan qaldırmaq üçün isə milyardlarla pul lazımdır. Bunun üçün mütləq torpaq yuyulmalıdır, əvvəlki qida elementləri ilə zənginləşdirilməlidir, ən vacibi isə suvarılan kanalların hər biri betonlaşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, bitkinin tələbatına uyğun şəkildə suvarma sistemləri yaratmalıyıq: “Bu proses ən müasir texnologiya və böyük diqqətlə həyata keçirilməlidir. Şəhərdə həm içməli su kimi, həm texniki, həm də suvarma suyu kimi istifadə olunan suların da vəziyyəti o qədər ürəkaçan deyil. Şəhərdə maşınyuma məntəqələri özbaşına tüğyan edir. Şəhərin bir çox yerlərində Sovet dövründən də əvvəlki zamana aid borular qalmaqdadır və onlar da öz keyfiyyətini itirib. Bəzi yerlərdə su sızıntıları çoxalır ki, bu da sürüşmə və ya torpaq qatının yuyulmasına səbəb olur. Bir sözlə, hələlik suya qənaətdən, yüksək texnologiyalardan söhbət gedə bilməz. Bu səbəbdən də suya qənaət məsələsinə böyük diqqət ayrılmalıdır. Ən çox su ehtiyyatı olan Kanada, Norveç kimi ölkələrdə nümunə üçün belə bir damcı boşuna axan su tapmamışam. Hətta bəzi ölkələrdə, konkret olaraq Norveçdə su pulsuzdur.

Kür-Araz ovalığının 17-ə qədər rayon camaatı, mərkəzi var və onların böyük bir hissəsi adi Kürün suyundan istifadə edir. Həmin su isə uzun onilliklər ərzində müxtəlif formalarda zəhərlənib, bu isə insan orqanizminə böyük ziyan vura bilər. Bu məsələyə də xüsusi diqqət ayrılması vacibdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
109
41
sia.az

10Mənbələr