AZ

Məşhurlardan Kuba çağırışı

Keçmiş dünya liderləri Baydendən Kubanı “Terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxarmağı xahiş ediblər. Dünyanın bir çox keçmiş prezidentləri və ya baş nazirləri bununla bağlı ABŞ prezidentinə məktub yollayıblar.

İspaniyanın “El Pais” qəzetinin məlumatına görə, bir çox keçmiş prezident və ya baş nazir səlahiyyət müddətinin bitməsinə aylar qalan Baydenə çatdırılacaq məktubu imzalayıb.

İmza müəllifləri arasında Kolumbiyanın keçmiş prezidenti Ernesto Samper, Braziliyanın keçmiş prezidenti Dilma Russeff, Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner, İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriqes Zapatero, Boliviyanın keçmiş prezidenti Evo Morales və Ekvadorun keçmiş prezidenti Rafael Korrea da var.

Bundan başqa dünyanın müxtəlif ölkələrindən bir çox sənət adamları, akademiklər və humanitar yardım işçiləri də məktuba imza atıb.

Onlar Baydenin Kubanın ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə daxil edilmiş “Terrora dəstək verən ölkələr” siyahısından çıxarılmasını və iki ölkə arasında diplomatik əlaqələrin bərpasını istəyib.

Kubanın terroru dəstəkləyən ölkə adlandırılmasına reaksiya verən məktubda Kuba hökumətinin regional və dünya sülhünün təmin edilməsi, həmçinin terrorla mübarizə üçün ciddi səylər göstərdiyi bildirilib.

Məktubda “Terrora dəstək verən ölkələr” siyahısına daxil edilməsi ilə gələn sanksiyaların Kubadakı pis iqtisadi vəziyyəti daha da pisləşdirdiyi qeyd edilib.

Məktubda sanksiyaların ən çox həssas qruplara təsir etdiyi bildirilib və sanksiyaların ölkə iqtisadiyyatına geri dönməz təsir göstərdiyi vurğulanıb.

Digər tərəfdən, məktubu dəstəkləyən jurnalist İqnasio Ramonet “X” sosial media hesabındakı paylaşımında Kuba xalqını günahlandırmaq və onları kollektiv şəkildə cəzalandırmaq üçün tutarlı və ağlabatan səbəb olmadığını bildirib.

Tramp administrasiyası Kubanı “terrorçuluğu dəstəkləyən ölkə” kimi xarakterizə edib.

2015-ci il mayın 29-da Barak Obama ABŞ prezidenti olanda Kuba terroru dəstəkləyən ölkələr siyahısından çıxarmışdı.

Tramp administrasiyası isə “terrorçulara sığınacaq verməklə beynəlxalq terrorizm fəaliyyətlərini dəstəkləyir” iddiası Kubanı yenidən 2021-ci ildə terrorizmi dəstəkləyən ölkə adlandırmışdı.

Seçilən
21
vaxt.az

1Mənbələr